This post is bilingual. Please scroll down for the Azerbaijani version.

"Qafqaz İcmalı" is the Azerbaijani-language version of the transnational academic platform "The Caucasus Edition", which was created with the aim of contributing positively to the reconciliation process between Azerbaijan and Armenia, along with discussions on various topics related to the greater Caucasus geography and its peoples. "Qafqaz İcmalı" aims to organize discussions on topics that need to be discussed and are of interest to the Azerbaijani-speaking audience.

With this aim, "Qafqaz İcmalı" announced a new webinar series called "War and Peace: A Perspective from Azerbaijan" as a continuation of the "War and Peace" webinar edition.

The Karabakh conflict has played an important role in the social and political life of Azerbaijan over the past 35 years. It is the conclusion of many researchers that the Karabakh conflict played a fundamental role in the construction of the national identity of post-Soviet Azerbaijan.

However, the Second Karabakh War that took place in 2020 and Azerbaijan's restoration of full control over the Karabakh region in 2023 in itself led to the emergence of a rather relevant question: Has the "post-Karabakh" period begun for Azerbaijan?

To discuss these questions, watch to our first webinar "Azerbaijan's Post-Karabakh National Identity". Speakers who participated in the webinar are Rauf Garagozov, Jeyhun Mahmudlu, and Samira Alakbarli, moderator - Shuajaat Ahmadzada. The webinar discussed the role of the Karabakh conflict and its effects on the population in the construction of the Azerbaijani national identity, the historical evolution of the national identity, and perspectives on the "post-Karabakh" national identity.

________________________________

Aze:

“Qafqaz İcmalı” Azərbaycan və Ermənistan arasında barışıq prosesi başda olmaqla geniş Qafqaz coğrafiyası və onun xalqları ilə bağlı bir çox mövzular üzərində gedən müzakirələrə müsbət töhfə vermək məqsədiylə yaradılmış “The Caucasus Edition” transmilli akademik platformasının azərbaycandilli versiyasıdır. “Qafqaz İcmalı” azərbaycandilli auditoriya üçün danışılmasına ehtiyac olan mövzular üzərindən müzakirələrin təşkil edilməsini hədəfləyir.

Bu məqsədlə, "Qafqaz İcmalı" "Müharibə və Sülh" adlı vebinar silsiləsinin davamı olaraq, "Müharibə və Sülh: Azərbaycandan baxış" adlı yeni vebinar seriyasını elan etdi.

Qarabağ münaqişəsi son 35 il ərzində Azərbaycan ictimai-siyasi həyatında kifayət qədər vacib rol oynayıb. Post-Sovet Azərbaycanının milli kimliyinin inşası üçün Qarabağ münaqişəsinin fundamental rol oynadığı bir çox araşdırmaçıların gəldiyi qənaətdir.

Ancaq 2020-ci ildə baş vermiş İkinci Qarabağ Müharibəsi və ən son 2023-cü ildə Azərbaycanın Qarabağ regionu üzərində tam nəzarəti bərpa etməsi özlüyündə kifayət qədər aktual bir sualın meydana çıxmasına səbəb olmuşdur: Azərbaycan üçün "post-Qarabağ" dövrü başlayıbmı?

Qoyulan suallar ətrafında birgə düşünmək üçün, "Post-Qarabağ Azərbaycan Milli Kimliyi" mövzusunda baş tutan ilk vebinarımızı izləyin. Vebinarda iştirak etmiş spikerlər: Rauf Qaragözov, Ceyhun Mahmudlu və Samirə Ələkbərli, moderator - Şücaət Əhmədzadədir. Vebinarda Qarabağ münaqişəsinin və onun əhaliyə təsirlərinin Azərbaycan milli kimlik quruculuğunda rolu, milli kimliyin tarixi təkamül yolu və "post-Qarabağ" milli kimliyi mövzusunda perspektivlər üzərindən müzakirələr aparıldı.